Rusiyanın Omsk vilayətində yaşayış evində güclü yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər həyatını itirib.
Məlumata görə, yanğının səbəbi hələ ki məlum deyil. Hadisə nəticəsində 4-ü uşaq olmaqla, ümumilikdə, 6 nəfər ölüb.
Yerli İstintaq Komitəsinin açıqlamasında bildirilib ki, yanğın zamanı evin 25 yaşlı sahibi, onun bir oğlu və iki qızı, həmçinin 35 yaşlı tanışı və həmin şəxsin oğlu həyatını itirib.
Faktla bağlı araşdırmalara başlanılıb.