İranın dini lideri Müctəba Xamenei müharibə ilə bağlı açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, os, bəyanatında bildirib:
“Zamanın göstəricisi geriyə dönməz. Bölgə xalqları və əraziləri artıq ABŞ hərbi bazalarının qalxanı olmayacaq. ABŞ bölgədə şər və hərbi bazaların yerləşdirilməsi üçün təhlükəsiz məkan olmaqdan çıxacaq.
Qazilər və fədakar silahlı qüvvələr Rəbbin lütfünə təvəkkül edərək quruda, havada və dənizdə şeytanın böyüyü olan ABŞ-ni və sionist rejimi öz raketləri və pilotsuz uçuş aparatları ilə hədəfə aldılar və Allahın mücahidlərə vəd etdiyi qələbəni öz gözləri ilə gördülər”.