Şimali Koreyadan çox sayda ballistik raket hücumu

13:35 - 26 May 2026

Şimali Koreyadan çox sayda ballistik raket hücumu

Cənubi Koreya ordusu Şimali Koreyanın Sarı dəniz istiqamətinə çoxsaylı qısa mənzilli ballistik raketlər atdığını bildirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı narahatlıqları artıran hadisə ilə bağlı Cənubi Koreya Baş Qərargahı açıqlama yayıb. Bildirilib ki, Şimali Koreya Sarı dəniz istiqamətinə qısa mənzilli ballistik raketlər buraxıb.


Məlumata görə, 300 kilometrdən az mənzilli raketlər yerli vaxtla saat 13:00 radələrində Şimali Pyongan əyalətinin Çoncu şəhəri yaxınlığından buraxılıb.


Qeyd olunub ki, hadisə ilə bağlı təhlil işləri davam etdirilir və məlumatlar ABŞ və Yaponiya tərəfi ilə paylaşılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az