İran ABŞ-yə 24 milyard dollarlıq şərt qoyub - İDDİA

16:35 - 26 May 2026

İran ABŞ-yə 24 milyard dollarlıq şərt qoyub - İDDİA

Tehran rəhbərliyi ABŞ ilə mümkün razılaşmanın dondurulmuş 24 milyard dollarlıq vəsaitin azad edilməsini də əhatə etməsini istəyir.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran və ABŞ arasında genişmiqyaslı razılaşmanın əldə olunması məqsədilə vasitəçilər üzərindən mesaj mübadiləsi davam edir. Məlumata görə, Tehran rəhbərliyi Vaşinqtonla mümkün anlaşma çərçivəsində İrana məxsus dondurulmuş 24 milyard dollarlıq aktivlərin sərbəst buraxılmasını tələb edir.


Mənbənin sözlərinə görə, razılaşma imzalandığı halda həmin məbləğin yarısının - 12 milyard dolların dərhal azad olunması, qalan hissənin isə 60 gün ərzində ödənilməsi istənilir.


Məlumatda qeyd olunur ki, İranın baş nümayəndəsi Məhəmməd Baqir Qalibaf bu tələbin həyata keçirilməsi üçün mexanizmin razılaşdırılması məqsədilə hazırda Qətərdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az