İran Xarici İşlər Nazirliyi ABŞ-nin müvəqqəti atəşkəsi açıq şəkildə pozduğunu bəyan edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin son iki gündə İran və ABŞ qüvvələri arasında Hörmüz boğazı ətrafında baş verən qarşıdurmalarla bağlı yaydığı yazılı açıqlamada bildirilib ki, ABŞ ordusu son 48 saat ərzində Hörmüzqan bölgəsində atəşkəs rejimini kobud şəkildə pozub.
Açıqlamada qeyd olunub ki, “ABŞ-nin terrorçu ordusu son 48 saat ərzində Hörmüzqan bölgəsində açıq-aşkar atəşkəs pozuntusuna yol verib”.
İran tərəfi vurğulayıb ki, ölkə heç bir hücumu cavabsız qoymayacaq və özünümüdafiə hüququndan istifadə etməkdə tərəddüd etməyəcək.