Braziliyada Ebola virusuna şübhəli yoluxma - Araşdırılır

23:36 - 30 May 2026

Braziliyada Ebola virusuna şübhəli yoluxma - Araşdırılır

Braziliyanın San-Paulu ştatının səhiyyə orqanları Ebola qızdırmasına şübhəli sayılan bir yoluxma halını araşdırır.


Manset.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, hazırda Ebola epidemiyasının qeydə alındığı Konqo Demokratik Respublikasına səfərdən sonra bir kişinin hərarəti yüksəlib.

Rəsmi açıqlamada bildirilir ki, pasiyent yoluxucu xəstəliklərə şübhəli bilinən və ya təsdiqlənmiş halları olan xəstələrin nəzarətdə saxlanıldığı ixtisaslaşdırılmış xəstəxanada təcrid edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az