Futbol azarkeşləri Parisin XVI dairəsində PSJ-nin ev oyununu keçirdiyi "Park de Prens" stadionunun yaxınlığında iğtişaşlar törədiblər.
Manset.az Report-a istinadən xəbər verir ki, xuliqanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkalar, fişənglər atıblar. Polis buna göz yaşardıcı qazdan istifadə edib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, iğtişaşlarla bağlı 10 nəfər saxlanılıb.