"Razılığa gəlməsək, Vaşinqton İrana qarşı hərbi əməliyyatları bərpa edəcək" - Tramp

09:15 - 31 May 2026

\"Razılığa gəlməsək, Vaşinqton İrana qarşı hərbi əməliyyatları bərpa edəcək\" - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, tərəflər razılığa gələ bilməsələr, Vaşinqton İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.


Manset.az xəbər verir ki, Amerika lideri bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.

"Düşünürəm ki, ya əla razılaşma əldə edəcəyik, ya da bu hərbi yolu bitirəcəyik", - Tramp deyib.

Onun sözlərinə görə, danışıqlar tədricən gedir və ABŞ diplomatik yollarla lazımi nəticələrə nail olmağı gözləyir.

"Düşünürəm, yavaş-yavaş, amma şübhəsiz ki, lazım olanı əldə edirik. Əgər əldə etməsək, buna başqa cür son qoyacağıq", - Ağ Ev rəhbəri qeyd edib.

Eyni zamanda, Tramp Tehranla razılaşma əldə etməyə üstünlük verdiyini vurğulayıb. "Mən sazişə üstünlük verərdim", - ABŞ Prezidenti əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az