Piratlar Hind okeanında tankeri ələ keçirdi

00:30 - 01 İyun 2026

Piratlar Hind okeanında tankeri ələ keçirdi

Dəniz quldurları Hind okeanında, Somali sahilləri yaxınlığında bir tankeri ələ keçiriblər.


Manset.az xəbər verir ki, bu barədə Dalsan telekanalı məlumat yayıb.

İlkin məlumata görə, hücum Somali piratları tərəfindən həyata keçirilib. Hadisə Somalinin şimal-şərqində, Puntland bölgəsi yaxınlığında baş verib.

Tanker Berbera limanından Moqadişu limanına doğru hərəkət edirdi.

Gəminin adı və hansı ölkəyə məxsus olduğu hələlik açıqlanmayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az