İstanbul səfəri zamanı iPhone telefonu oğurlanan gənc memar oğruların istifadəçilərə Apple-dan göndərilmiş kimi görünən saxta mesajlar göndərdiyini və bu mesajlardakı linkə klikləyərək iCloud məlumatlarını daxil edənlərin telefonlarının tam nəzarətdən çıxdığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra gənc memar məsul şəxslər barəsində şikayətçi olub.
37 yaşlı memar İncilay Tuyğun təxminən bir ay əvvəl İstanbul səfəri zamanı iPhone telefonunun oğurlandığını açıqlayaraq yaşadığı vəziyyəti belə izah edib:
“1 ay əvvəl İstanbul səfərimdə Apple telefonum oğurlandı. Telefonlarımızda fövqəladə hallarda çatmaq üçün tibb işçisi təyinatları var. Telefon oğurlandıqdan sonra özünü telefonçu kimi təqdim edən bir şəxs ailəmə müraciət etdi. Bizə kömək edəcəyini bildirərək müxtəlif yönləndirmələr etdi”, – deyə Tuyğun bildirib.
O, həmçinin dolandırıcıların istifadəçiləri aldadarkən peşəkar metodlardan istifadə etdiyini vurğulayıb.