Hindistanın paytaxtı Yeni Delhidə beşmərtəbəli otelin zirzəmisində yerləşən restoranda yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 09:00 radələrində qeydə alınıb.
Hadisə zamanı oteldə təxminən 40 nəfərin qaldığı bildirilir. Məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.
Səlahiyyətli qurumların açıqlamasına görə, yanğın nəticəsində 21 nəfər həyatını itirib. Hadisənin başvermə səbəbləri araşdırılır.