Bu ölkədə qarışıqlıq - İki nazir istefa verdi

15:32 - 03 İyun 2026

Bu ölkədə qarışıqlıq - İki nazir istefa verdi

Boliviyada etirazlar fonunda iki nazir istefa verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Boliviyada Prezident Rodriqo Pazın istefası tələb olunan etirazlar bir aydan çoxdur davam edir. Ölkənin idarəetmə paytaxtı La Paz da daxil olmaqla bir çox şəhərdə etiraz aksiyaları keçirilərkən hökumətdə mühüm dəyişiklik baş verib.


Təhsil naziri Beatriz Qarsiya və Müdafiə naziri Marselo Salinas etirazların davam etdiyi bir dövrdə vəzifələrindən istefa ediblər.


Rəsmi açıqlamada onların istefa səbəbləri bildirilmir, lakin bu addım Prezident Pazın siyasi mövqeyinin daha da zəiflədiyi barədə qiymətləndirmələrə yol açıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az