Emel Sayınla bağlı üzücü xəbər

10:24 - 04 İyun 2026

Emel Sayınla bağlı üzücü xəbər

Türk musiqisinin tanınmış ifaçısı Emel Sayın səhhətində yaranan problemlər səbəbindən qarşıdakı iki konsertini təxirə salıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yaydığı açıqlamaya görə, iyunun 14-də Bursada və iyunun 17-də İstanbulun Harbiye Açıq Səhnəsində keçirilməsi planlaşdırılan konsertlər başqa tarixə keçirilib.


Emel Sayın sağlamlıq vəziyyəti ilə bağlı narahatlığa əsas olmadığını vurğulayaraq qısa müddət ərzində müalicə almasının zəruri olduğunu qeyd edib.


“Məni ciddi şəkildə narahat edəcək bir vəziyyət yoxdur. Sadəcə qısa müddət müalicə görməliyəm”, – deyə sənətçi açıqlamasında bildirib.


Konsertlərin yeni keçiriləcəyi tarixlərin yaxın vaxtlarda elan olunacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az