Türkiyədə silahlı insident - Ana öldü, oğul yaralandı

12:43 - 04 İyun 2026

Türkiyədə silahlı insident - Ana öldü, oğul yaralandı

Türkiyənin Şanlıurfa şəhərində iki qrup arasında baş verən silahlı insident faciə ilə nəticələnib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, mübahisə edən tərəfləri ayırmağa çalışan 43 yaşlı Heriman Altundağ həyatını itirib, onun 15 yaşlı oğlu isə yaralanıb.


Hadisə gecə saatlarında Haliliye rayonunun Akpınar məhəlləsində qeydə alınıb. Məlumata görə, iki qrup arasında hələlik naməlum səbəbdən yaranan mübahisə qısa müddət sonra silahlı qarşıdurmaya çevrilib. Münaqişəni sakitləşdirməyə çalışan Heriman Altundağ və oğlu ov tüfəngindən açılan atəş nəticəsində yaralanıblar.


Hadisə yerinə çağırılan təcili tibbi yardım və polis əməkdaşları yaralıları xəstəxanaya çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq, Heriman Altundağın həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmənin müalicəsinin davam etdiyi bildirilir.


Faktla bağlı araşdırma aparan polis əməkdaşları insidentdə iştirak etdiyi müəyyən edilən 4 nəfəri saxlayıblar. Hadisənin başvermə səbəbləri araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az