Şri-Lankada qocalar evində baş verən yanğın faciə ilə nəticələnib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı 12 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yerli polis orqanlarının məlumatına əsasən, yanğın ölkənin qərbindəki Anguruwatota bölgəsində yerləşən qocalar evində baş verib. Hadisə yerinə yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub.
Hadisə ilə bağlı araşdırmaya başlanılıb. Qocalar evinin rəhbəri vəzifə öhdəliklərini lazımınca yerinə yetirməmək ittihamı ilə saxlanılıb. Yanğının başvermə səbəbləri araşdırılır.