Krımda PUA hücumu - Ölən və yaralananlar var

14:39 - 04 İyun 2026

Krımda PUA hücumu - Ölən və yaralananlar var

Ukrayna qüvvələri Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasının mərkəzi Simferopol şəhərində pilotsuz uçuş aparatları (PUA) hücumu həyata keçirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumunda 3 nəfər həlak olub, bir PUA isə qatarına dəyərək 1 nəfərin ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb olub.


Rusiya tərəfindən təyin edilmiş Krım lideri Sergey Aksyonov bildirib ki, “Simferopoldakı qeyri-yaşayış obyektlərinə qarşı düşmən hücumu nəticəsində ilkin məlumata görə 3 nəfər həyatını itirib, 7 nəfər yaralanıb”.


O, həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib və yaralılara tezliklə sağalma arzulayıb. Aksyonov əlavə edib ki, Krım Respublikası rəhbərliyi olaraq zərərçəkənlərə bütün mümkün yardım və dəstəyi göstərəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az