Təyyarə qəza törətdi - Həlak olanlar var

16:42 - 04 İyun 2026

Təyyarə qəza törətdi - Həlak olanlar var

Xorvatiyanın Istriya yarımadasının cənubunda yerləşən Medulin şəhərində təyyarə qəza uğrayıb. 



Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfərin həyatını itirdiyi bildirilib.


Istriya polisi tərəfindən yayılan yazılı açıqlamada qeyd olunub ki, təyyarə Medulin hava limanının yaxınlığında qəzaya uğrayıb və hadisə yerinə çoxsaylı təcili yardım, yanğınsöndürən və ambulans helikopterləri cəlb olunub.


Ölkənin mətbuatı isə təyyarənin Avstriyadan Xorvatiyaya uçduğunu və Medulin hava limanına enməli olduğunu xəbər verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az