Türkiyənin Bursa şəhərində 31 yaşlı Zafer Güngör 10 yaşlı oğlunun gözü önündə həyat yoldaşı 29 yaşlı Meryem Güngörü dəfələrlə bıçaqlayaraq qətlə yetirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə çağırılan polis və təcili yardım briqadaları şikayət əsasında gəlib. Şübhəli ifadəsində bildirib ki, “Həyat yoldaşım boşanmaq istədiyini deyib və ailəsini çağırmışdı. Mən onu çörək bıçağı ilə bıçaqladım, qapını çəkib çıxdım”.
Hadisə dünən saat 12 radələrində Osmangazi rayonunun Güneştepe məhəlləsində 6 mərtəbəli binada baş verib. Tesisatçı işləyən Zafer Güngör ilə həyat yoldaşı Müjde Güngör arasında yaranan mübahisə münaqişəyə çevrilib. Zafer Güngör mətbəxdən götürdüyü bıçaqla həyat yoldaşını 10 yaşlı oğlunun gözü önündə sinəsindən vurub. Müjde Güngör aldığı bıçaq zərbəsi ilə yerə yıxılıb.
Şübhəli hadisədən sonra qaçıb. Qonşuların səsləri eşidərək polisə və tibbi yardıma məlumat verməsi nəticəsində hadisə yerinə hüquq-mühafizə və tibbi əməkdaşlar cəlb olunub.