"Düşmən hibrid müharibəyə yönəlib" - Xamenei 

17:19 - 04 İyun 2026

\"Düşmən hibrid müharibəyə yönəlib\" - Xamenei 

İran lideri Ayətullah Müctəba Xamenei ABŞ və İsrailin müharibə meydanında uğursuzluqdan sonra xalqın müqavimətini zəiflətməyi hədəfləyən genişmiqyaslı hibrid müharibəyə yönəldiyini bildirib.



Manset.az İranın rəsmi xəbər agentliyi IRNA-ya istinadən xəbər verir ki, Xamenei İslam İnqilabının qurucusu Ayətullah Ruhullah Xameneinin vəfatının 37-ci ildönümü münasibətilə yazılı açıqlama yayıb.


Xamenei ABŞ-nin rəhbərlik etdiyi “hegemonik sistemin” İranın daxili işlərinə qarşı yeni strategiyaya keçdiyini vurğulayaraq bildirib:


“Təxminən səksən il əvvəl İsrail adı altında bir garnizon quran basqı rejimi, sözdə Böyük İsrailin Fərat çayının şərqindəki boş və süni coğrafi sərhədində müstəqil İranın mövcudluğunu qəbul etmir və onun irəliləyişini əngəlləyəcək hər bir tədbirdən çəkinmir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az