Ölü hesab edilən alpinist 6 gün sonra sağ tapıldı - Everestdə möcüzə

21:31 - 04 İyun 2026

Ölü hesab edilən alpinist 6 gün sonra sağ tapıldı - Everestdə möcüzə

Everest dağında itkin düşən və ölü hesab edilən 52 yaşlı nepallı dağ bələdçisi Dava Şerpa altı gün sonra sağ tapılıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, zirvədən eniş zamanı təxminən 7 500 metr yüksəklikdə yoxa çıxan təcrübəli alpinistdən günlərlə xəbər alınmayıb.

Onun öldüyü düşünülüb, hətta ailəsi son dualarını edib.

Lakin axtarış-xilasetmə qrupu Şerpanı Everest baza düşərgəsinə doğru sürünərək hərəkət edərkən aşkar edib. Xilasedicilər hadisəni “böyük möcüzə” adlandırıblar.

Əllərində donvurma izləri olan Şerpa helikopterlə Katmandudakı xəstəxanaya çatdırılıb. Həkimlərin məlumatına görə, onun vəziyyəti stabildir.

Hadisə alpinizm ictimaiyyəti tərəfindən son illərin ən möhtəşəm xilasolma hekayələrindən biri kimi qiymətləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az