ABŞ-li jurnalist Çin casusu çıxdı

16:19 - 05 İyun 2026

ABŞ-li jurnalist Çin casusu çıxdı

ABŞ-li jurnalist Tomas Poukenin məhkəmədə Çin hökuməti adına casusluq etdiyi ittihamını qəbul etdiyi bildirilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pouken ABŞ-li bir rəsmiyə Çinə məlumat ötürməsi üçün 10 min dollar rüşvət verdiyini açıqlayıb.


ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 2010-cu ildən bəri Çində yaşayan və oradakı müxtəlif dövlət mediası qurumlarında fəaliyyət göstərən Poukenə qarşı yönəlmiş casusluq ittihamını o tanıyıb.


Nazirlik bildirib ki, Tomas Pouken 1 sentyabrda ABŞ-dakı Rayon Məhkəməsində cəzalandırılacaq və jurnalist 10 ilə qədər həbs cəzası ilə üzləşə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az