Suriyanın Hama əyalətinin cənub kəndlərindən biri olan Kefrbuhumda taxıl anbarlarında partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, aralarında vəziyyəti ağır olanların da olduğu 8 nəfər xəsarət alıb.
Məlumata görə, Kefrbuhum kəndindəki taxıl anbarlarında hələ ki məlum olmayan səbəbdən partlayış baş verib.
Yaralılardan bəzilərinin vəziyyətinin kritik olduğu bildirilir.
Partlayışdan sonra başlayan yanğını söndürmək üçün bölgəyə yanğınsöndürən briqadalar göndərilib. Qurumların yanğını nəzarət altına almaq üçün işlərini davam etdirdiyi qeyd olunub.