İsrailin Kohav Yair şəhərində terror aktı baş verib.
Manset.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, iki ərəb terrorçusu "Toyota" markalı avtomobillə yolda insanları "Karlo" tipli avtomatla atəşə tutublar. Nəticədə beş israilli yaralanıb, 30 yaşlı bir kişi isə hadisə yerində ölüb.
Keçirilən əməliyyat nəticəsində hər iki terrorçu məhv edilib.