Ermənistanda seçkilər başa çatdı - Nəticələr nə vaxt açıqlanacaq?

20:23 - 07 İyun 2026

Ermənistanda seçkilər başa çatdı - Nəticələr nə vaxt açıqlanacaq?

Ermənistanda növbədənkənar parlament seçkiləri üzrə səsvermə yekunlaşıb.


Manset.az Ermənistan mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 08:00-da açılan seçki məntəqələri saat 20:00-da bağlanıb. Hazırda məntəqə seçki komissiyalarının üzvləri səslərin sayılmasına başlayıblar.

İlkin nəticələrin gecə saat 00:00 radələrində açıqlanacağı gözlənilir.

Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, saat 17:00-a olan vəziyyətə görə seçici fəallığı 48,92 faiz təşkil edib.

MSK sədri Vaaqn Ovakimyan seçici fəallığı ilə bağlı ilkin məlumatları saat 21:00-da açıqlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az