İranda iki yüksək rütbəli hərbi rəhbər həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, İsrailin İran ərazisinə yönəltdiyi son hücumlar nəticəsində İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinə aid iki yüksək rütbəli hərbi rəhbər həlak olub.
Məlumata görə, hücumlarda həyatını itirən hərbi rəhbərlər Seyyid Behmen Hüseyni və Əli Rıza Abiri olub.
Hər iki hərbi rəhbər üçün bu gün paytaxt Tehran şəhərində vida mərasimi keçiriləcəyi bildirilib.