logo
logo logo
logo

Bədənə yerləşib insanın ətini yeyir - Bu parazit sürətlə yayılır

15:25 - 09 İyun 2026

Bədənə yerləşib insanın ətini yeyir - Bu parazit sürətlə yayılır

60 ildən sonra “Yeni Dünya Vida Qurd”u New Meksikada da aşkar edilib.



Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, ABŞ-nin Texas ştatında 60 ildən sonra bir heyvanda ət yeyən parazit kimi tanınan “Yeni Dünya Vida Qurd”unun (NWS) aşkarlanmasından sonra bu parazit Nyu Meksika ştatında da qeydə alınıb.


Açıqlamada qeyd olunub ki, NWS ilk dəfə Texasda üç dana və bir keçidə yoluxmuşdu, New Meksika ştatının Lea County bölgəsində isə bir itdə parazit aşkar edilib.


New Mexico ştatının baytarlıq rəsmisi Samantha Holeck açıqlamasında bildirib ki, it tapılan evin ətrafı yoxlanılır və yoluxmuş digər milçəklər aşkar edilərsə, bölgədə yoxlamalar artırılacaq.


Florida Universitetindən entomoloq Edward Burgess isə yaxın günlərdə yeni yoluxma hallarının ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az