Hindistanın Kerala ştatı əyalətində məktəb servisinin dayanacağına övladlarını aparan qadın fil hücumuna məruz qalaraq həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qadının yanında olan oğlu isə yaralanıb. Hadisə Idukki rayonu ərazisində baş verib.
Məlumata görə, Mari adlı qadın 11 yaşlı oğlu və 15 yaşlı qızı ilə birlikdə dayanacağa gedərkən balası ilə ərazidə olan dişi fil ilə qarşılaşıb. Rəsmilər bildiriblər ki, sıx duman səbəbindən qadın fili vaxtında görə bilməyib.
Hücum nəticəsində qadın hadisə yerində həyatını itirib, oğlu yaralanıb, bir neçə metr arxada gedən qızı isə xəsarət almadan xilas olub.