logo
logo logo
logo

İsrail ordusu Livanın Tir şəhərini bombaladı - Ölənlər var 

18:46 - 09 İyun 2026

İsrail ordusu Livanın Tir şəhərini bombaladı - Ölənlər var 

İsrail ordusu Livanın Tir şəhərinə genişmiqyaslı hava zərbələri endirib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

    Hava zərbələri nəticəsində 8 nəfər ölüb, daha 32 nəfər yaralanıb.

    Hücumdan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) münaqişənin başlanmasından bəri ilk dəfə olaraq Tir şəhərinin sakinlərini təxliyə olunmağa çağırıb.

    Ən güclü zərbə Tir şəhərinin şərq kənarına endirilib.

    Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bu, martın 2-də döyüşlərin kəskinləşməsindən sonra şəhərə qarşı həyata keçirilən ən ölümcül hücumlardan biridir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az