Xəbər verdiyimiz kimi, iyunun 8-də Filippində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iyunun 8-də Filippinin cənubundakı Mindanao adasında baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb.
Məlumata görə, Mülki Müdafiə Bürosu (OCD) zəlzələ nəticəsində ölənlərin sayı ilə bağlı açıqlama yayıb.
Bəyanatda zəlzələ nəticəsində 45 nəfərin öldüyü, 630 nəfərin yaralandığı, 17 nəfərin isə itkin düşdüyü bildirilir.
Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Şurası (NDRRMC) həmçinin zəlzələdə 2994 evin zərər gördüyünü bildirib.