logo
logo logo
logo

Tramp Paşinyanı təbrik etdi

23:43 - 10 İyun 2026

Tramp Paşinyanı təbrik etdi

ABŞ Prezidenti Donald Tramp Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbə qazanması münasibətilə onu təbrik edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Paşinyana ünvanlanan təbrik mesajında bunları bildirib:


“Ermənistanda keçirilən ümumi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə Nikol Paşinyanı təbrik edirəm. Onun yenidən seçilməsi üçün dəstək verməyimdən böyük qürur duyuram”.


ABŞ Prezidenti yeni siyasi mərhələdə Ermənistanın mühüm nailiyyətlər əldə edəcəyinə inandığını da vurğulayıb.


“Ermənistanın qarşıdakı dövrdə böyük uğurlar qazanacağına inanıram”, – deyə Tramp qeyd edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az