logo
logo logo
logo

ABŞ-dən bu ölkədəki vətəndaşlarına ciddi xəbərdarlıq 

11:20 - 11 İyun 2026

ABŞ-dən bu ölkədəki vətəndaşlarına ciddi xəbərdarlıq 

ABŞ vətəndaşlarına İraqa səfər etməmələri, hazırda ölkədə olanların isə dərhal İraqı tərk etmələri barədə çağırış edib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, səfirliyin yaydığı xəbərdarlıqda bildirilib ki, bölgədəki son gərginlik fonunda İraqdakı ABŞ vətəndaşları maksimum ehtiyatlı davranmalı, təhlükəsizlik tədbirlərinə ciddi əməl etməli və yerli xəbər mənbələrini fasiləsiz izləməlidirlər.

Açıqlamada həmçinin qeyd olunub ki, hava nəqliyyatında fasilələr, uçuşların təxirə salınması və ya hava məkanının əvvəlcədən xəbərdarlıq edilmədən qəfil bağlanması kimi hallar baş verə bilər.

Bu səbəbdən ABŞ vətəndaşlarına hər hansı məqsədlə İraqa səfər etməmələri tövsiyə olunub. Hazırda ölkədə olan şəxslərə isə təhlükəsizlik baxımından mümkün qədər tez İraqı tərk etmək çağırışı edilib.

Səfirlik vəziyyətin dəyişə biləcəyini vurğulayaraq vətəndaşlara rəsmi məlumatları diqqətlə izləməyi tövsiyə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az