logo
logo logo
logo

NATO bu ölkədəki əsgərlərini azaldır

15:47 - 12 İyun 2026

NATO bu ölkədəki əsgərlərini azaldır

NATO Kosovadakı təhlükəsizlik vəziyyətinin yaxşılaşması səbəbindən ölkədəki təxminən 4 600 nəfərlik sülhməramlı missiya çərçivəsində əsgər sayının azaldılacağını açıqlayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun Avropa Əməkdaş Qüvvələrinin Ali Qərargahı (SHAPE) tərəfindən verilən açıqlamaya görə, Kosovadakı təhlükəsizlik vəziyyətinin stabilləşməsi səbəbindən Kosova Sülhməramlı Qüvvələri (KFOR) çərçivəsində əsgər sayı növbəti il ərzində mərhələli şəkildə azaldılacaq.


Qeyd olunur ki, KFOR 1999-cu ildən etibarən təhlükəsizlik vəziyyətinə uyğun olaraq tənzimlənib və 2023-cü ildə sülhməramlı qüvvələrə qarşı artan gərginlik və zorakılıq hallarına cavab olaraq missiyaya əlavə 1 000 əsgər göndərilmişdi. Açıqlamada vurğulanır: “Təhlükəsizlik vəziyyətinin artıq stabilləşməsi səbəbindən KFOR-un yerləşdirilməsi buna uyğun şəkildə tənzimlənə bilər”. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az