logo
logo logo
logo

Ariana Grande Ağ Evi məhkəməyə verdi

17:23 - 12 İyun 2026

Ariana Grande Ağ Evi məhkəməyə verdi

ABŞ-li müğənni Ariana Grande Ağ Evin sosial media hesabında qeyri-qanuni miqrantlara qarşı aparılan əməliyyatların görüntüləri ilə yayımlanan paylaşımda musiqisinin icazəsiz istifadə olunmasına etiraz edib və mahnısının belə kontentlərdə yer almamasını tələb edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin paylaşdığı videoda təhlükəsizlik qüvvələrinin qeyri-qanuni miqrantlara qarşı əməliyyatlar çərçivəsində bəzi şəxslərə əlcəklər taxdığı göstərilir və Grandenin 2024-cü ildə çıxacaq "Bye" adlı mahnısı fon musiqisi kimi istifadə olunub.


Paylaşımda həmçinin qeyd olunub: “Sağ olun… Prezident Donald Tramp tarixdə ən təhlükəsiz sərhədləri təmin edib”.


Grande isə paylaşımın altında yazdığı şərhdə bildirib: “Zəhmət olmasa, musiqimi bu vəhşi, insanlıqdan kənar və dəhşətli əməllərlə əlaqələndirməyin”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az