ABŞ Prezidenti Donald Trampın İranla aparılan nüvə danışıqlarında razılığa gəldikləri və müqavilənin yaxın günlərdə imzalanacağı barədə açıqlamaları dünya gündəmində geniş rezonans doğurub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp razılaşmanı mükəmməl adlandıraraq imzaların bazar günü atıla biləcəyini bildirib.
Buna cavab olaraq İran tərəfi məlumatları təkzib edib. Tehran hökumətinin açıqlamasında qeyd olunur ki, danışıqlarda araşdırma və qərarvermə prosesi hələ yekunlaşmayıb və “bazar günü imzalar atılacaq” iddiaları həqiqəti əks etdirmir.
Bu açıqlama ilə ABŞ tərəfindən elan edilən razılaşma prosesinin hələ rəsmi şəkildə tamamlanmadığı aydınlaşıb və diqqət yenidən hər iki tərəfin rəsmi bəyanatlarına yönəlib.