Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Nazirlər Şurasının yanvarın 12-də növbədənkənar toplantısı keçiriləcək.
Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
Bildirilib ki, toplantıda Qazaxıstanda keçirilən sülhməramlı əməliyyat müzkirə olunacaq.
Qeyd edək ki, yanvarın 13-dən KTMT-nin sülhməramlı hərbçiləri Qazaxıstandan 10 gün müddətinə mərhələ-mərhələ çıxarılacaq.