Türkiyənin İzmir şəhərində işçiləri daşıyan mikroavtobus dərəyə aşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində Gülseren Gezginer həyatını itirib, 1-i ağır olmaqla 10 nəfər yaralanıb.
Hadisə səhər saat 08:00 radələrində Çayağzı məhəlləsinin Değirmendere bölgəsində qeydə alınıb.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara çatdırılıb, hadisə ilə bağlı araşdırma aparılır.