"Apple" istifadə etdiyi yaddaş çiplərinin qiymətində kəskin artım səbəbindən məhsullarının qiymətlərini artırmağa hazırlaşır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin rəhbəri Tim Cook bu qiymət artımının artıq qaçılmaz olduğunu bildirib.
O, "Wall Street Journal"a açıqlamasında yaddaş çipləri bazarında vəziyyətin tabgətirilməyəcək həddə çatdığını qeyd edib.
Məlumata görə, yeni qiymət artımlarının nə vaxt qüvvəyə minəcəyi və hansı məhsullara şamil olunacağı hələ dəqiqləşməyib, eyni zamanda iPhone 18 seriyasının bu dəyişikliklərdən təsirlənib-təsirlənməyəcəyi də bilinmir.