logo
logo logo
logo

"NATO üzvü bəzi ölkələrin müdafiə xərclərini artırması zəruridir" - Pete Hegseth

17:38 - 18 İyun 2026

\"NATO üzvü bəzi ölkələrin müdafiə xərclərini artırması zəruridir\" - Pete Hegseth

Pete Hegseth NATO üzvü bəzi ölkələrin müdafiə xərclərini artırmasının zəruri olduğunu bildirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, o bu istiqamətdə açıq mesajların davam etdiriləcəyini vurğulayıb.


O, bu fikirləri Brüsseldə yerləşən NATO qərargahında keçirilən NATO Müdafiə Nazirləri toplantısı çərçivəsində Mark Rutte ilə birlikdə mətbuata verdiyi açıqlamada səsləndirib.


Hegseth çıxışında NATO Baş katibinin fəaliyyətini yüksək qiymətləndirərək, onun NATO ilə birlikdə “NATO 3.0” adlandırılan yeni mərhələyə liderlik etdiyini qeyd edib.


O bildirib ki, “NATO 3.0” Soyuq Müharibədən sonrakı dövrdə alyansın yenidən güclü hərbi ittifaqa çevrilməsi və Avropada çəkindirici qüvvə rolunu gücləndirməsi deməkdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az