logo
logo logo
logo

Acun Ilıcalı "Beşiktaş"ın bu ulduzunu istəyir 

16:48 - 19 İyun 2026

Acun Ilıcalı \"Beşiktaş\"ın bu ulduzunu istəyir 

İngiltərə Premyer Liqasına yüksələn Acun Ilıcalının sahibi olduğu Hull City Beşiktaşın qapıçısı Ersin Destanoğlu üçün hərəkətə keçib.


Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İngiltərə klubunun "Beşiktaş" ilə müqaviləsi 30 iyunda başa çatacaq gənc qapıçıya rəsmi təklif göndərdiyi iddia olunub.

Müqavilə müddətinin bitməsinə az qalan Ersin Destanoğlu hazırda gələn təklifləri dəyərləndirir. Eyni zamanda "Beşiktaş" rəhbərliyinin futbolçu ilə yenidən görüş keçirməyi planlaşdırdığı bildirilir.

Tərəflər arasında keçiriləcək son görüşdən sonra Ersin Destanoğlunun gələcəyi ilə bağlı qərarın dəqiqləşəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az