İngiltərə Premyer Liqasına yüksələn Acun Ilıcalının sahibi olduğu Hull City Beşiktaşın qapıçısı Ersin Destanoğlu üçün hərəkətə keçib.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İngiltərə klubunun "Beşiktaş" ilə müqaviləsi 30 iyunda başa çatacaq gənc qapıçıya rəsmi təklif göndərdiyi iddia olunub.
Müqavilə müddətinin bitməsinə az qalan Ersin Destanoğlu hazırda gələn təklifləri dəyərləndirir. Eyni zamanda "Beşiktaş" rəhbərliyinin futbolçu ilə yenidən görüş keçirməyi planlaşdırdığı bildirilir.
Tərəflər arasında keçiriləcək son görüşdən sonra Ersin Destanoğlunun gələcəyi ilə bağlı qərarın dəqiqləşəcəyi gözlənilir.