Rusiyanın Kamçatka bölgəsində zəlzələ qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) tərəfindən yayılan məlumatlara əsasən, bölgədə 6,6 bal gücündə yeraltı təkanlar baş verib. Zəlzələnin daha əvvəl 8,8 bal gücündə güclü zəlzələ baş verən ərazidə qeydə alındığı bildirilib.
İlkin məlumatlara görə, hadisə nəticəsində insan tələfatı və ya ciddi maddi ziyan barədə hər hansı mənfi məlumat açıqlanmayıb.