logo
logo logo
logo

Nyu-Yorkda silah səsləri eşidildi

17:06 - 19 İyun 2026

Nyu-Yorkda silah səsləri eşidildi

ABŞ-nin Nyu-York şəhərində yerləşən dünyaca məşhur “Times Meydanı”nda silah səslərinin eşidilməsi panikaya səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-York Polis Departamentinin məlumatına görə, hadisə yerli vaxtla saat 15:30 radələrində baş verib. Bildirilir ki, bir qrup arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə böyüyərək dava ilə nəticələnib.

Dava zamanı 26 yaşlı bir şəxs boynundan bıçaqlanıb, 17 yaşlı şübhəli isə həmin qrup istiqamətində atəş açıb. Güllələrin heç kimə dəyməməsi mümkün faciənin qarşısını alıb.

Hadisə yerinə cəlb olunan polis qrupları silahı istifadə edən 17 yaşlı şübhəlini saxlayıb. Boynundan yaralanan 26 yaşlı şəxsin xəstəxanaya çatdırıldığı və vəziyyətinin kritik olmadığı bildirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az