Qazaxıstanın Pavlodar şəhərində bir qadının çantasında olan portativ enerji yığma cihazının (powerbank) partlaması nəticəsində yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı qadın xəsarət alıb.
Hadisə idman zalında baş verib və təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
Görüntülərdə əvvəlcə qadının çantasından tüstü çıxdığı, daha sonra isə cihazın partladığı və alovların yarandığı görünür.
Qadın çantasını yerə ataraq alovlardan xilas olmağa çalışıb. İdman zalının əməkdaşları dərhal müdaxilə edərək yanğını söndürməyə nail olublar.