Türkiyənin İstanbul şəhərində Sabiha Gökçen Hava Limanına doğru hərəkət edən metro qatarı relsdən çıxıb.
Manset.az bu barədə TRT Haber-ə istinadən xəbər verir.
Hadisənin səbəbi hələlik müəyyən edilməyib. İnsidentdən sonra sərnişinlər öz imkanları ilə vaqonları tərk ediblər.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.
Mümkün xəsarət alanlarla bağlı rəsmi açıqlama verilməyib.