İranda ABŞ-nin hərbi əməliyyatların dayandırılması barədə razılaşmanın birinci bəndini yerinə yetirməməsi ilə əlaqədar Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin dayandırıldığı bəyan edilib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu qərar İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələrə cavab olaraq qəbul edilib.
Bəyanatda qeyd olunub ki, bu, "ilk addımdır" və eskalasiya davam edəcəyi təqdirdə sonrakı tədbirlərin görülməsi mümkündür.
Eyni zamanda bildirilib ki, atıla biləcək istənilən sonrakı addım qarşı tərəfin öz öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.