logo
logo logo
logo

İrandan Trampa ŞƏRT

22:46 - 21 İyun 2026

İrandan Trampa ŞƏRT

İsveçrədə Amerika tərəfi ilə danışıqlarda iştirak edən İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirmək hədələrinə görə üzr istəməyənə qədər müzakirələri davam etdirmək niyyətində deyil.


Manset.az xəbər verir ki, bu barədə mərkəzi Beyrutda olan "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, İran tərəfi Tramp üzr istəməyənə qədər danışıqlar masasına qayıtmayacaq.

Bununla yanaşı, telekanal Tehrandakı nümayəndələrin öz tələblərini genişləndirdiyini bildirir: indi onlar təkcə Livanda hərbi əməliyyatların dayandırılmasını tələb etmir, həm də İsrail Silahlı Qüvvələrinin Livanın cənubundan çıxarılması şərtini irəli sürürlər.

Daha əvvəl Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.  Tasnim agentliyinin məlumatına görə, bundan sonra İran heyəti danışıqlar məkanını tərk edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az