Filippində liseyə silahlı hücum edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ilkin məlumatlara görə 3 şagird həyatını itirib, 5 şagird isə yaralanıb.
Filippin polisi bildirib ki, silahlı hücumu iki kişi şübhəli San Xose Milli Liseyinə həyata keçirib.
Hadisə ilə əlaqədar şübhəlilər nəzarətə götürülüb. Polis qeyd edib ki, onlardan biri hücumun baş verdiyi liseyin şagirdidir.
Hücumdan sonra məktəb ətrafında təhlükəsizliyi gücləndirmək məqsədilə əraziyə əlavə polis qüvvələri cəlb olunub. 1500-dən çox şagirdin təhsil aldığı liseydə baş verən silahlı hücumun səbəbləri araşdırılır.