Yaponiya 1978-ci ildən bəri dəyişməyən viza rüsumlarını təxminən 50 ildən sonra ilk dəfə artırmaq qərarı verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni tariflər 1 iyuldan qüvvəyə minəcək və bu dəyişikliklə ölkəyə giriş üçün ödənilən viza ödənişləri 5 dəfə artırılacaq.
Yeni tariflərlə yanaşı, yaşayış icazəsi müraciətlərində də əhəmiyyətli artım gözlənilir.