Birləşmiş Millətlər Təşkilatı Demokratik Konqo Respublikasında və Uqandada sürətlə yayılan Ebola epidemiyasının kritik həddə çatdığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə ölkələrin şərq bölgələrində səhiyyə sistemlərinin çökmə həddinə yaxınlaşdığı, təhlükəsizlik problemləri və əhali arasında etimadsızlıq səbəbindən müdaxilə tədbirlərinin ciddi şəkildə çətinləşdiyi bildirilir.
BMT rəsmiləri qeyd edib ki, Ebola virusu xəstəliyi ilə bağlı beynəlxalq müdaxilə prosesi sürətləndirilib. Səhiyyə qrupları epidemiyanın yayılma sürətinin narahatlıq doğurduğunu, xüsusilə Şərqi Afrikada təhlükəsizlik problemləri, yanlış məlumatlandırma və əhali etimadsızlığının işləri çətinləşdirdiyini vurğulayıb.
BMT həmçinin bildirib ki, epidemiyanın nəzarət altına alınması üçün həm səhiyyə infrastrukturunun gücləndirilməsi, həm də icma əsaslı maarifləndirmə işlərinin artırılması vacibdir.