logo
logo logo
logo

Qəzzada ölənlərin sayı açıqlandı

16:12 - 22 İyun 2026

Qəzzada ölənlərin sayı açıqlandı

İsrailin 2023-cü ilin oktyabrından bəri davam edən hücumlarında baş verən itkilərlə bağlı son məlumatlar açıqlanıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail ordusunun Qəzza müharibəsi çərçivəsində 2023-cü ilin oktyabr ayından bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlarda həlak olanların sayı 73 035 nəfərə yüksəlib.

Son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 3 nəfərin meyiti və 11 yaralının gətirildiyi qeyd olunub.

Məlumata görə, Qəzzada 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsdən bu yana İsrail hücumları nəticəsində 1 024 nəfər həyatını itirib, 3 260 nəfər yaralanıb, dağıntılar altından isə 784 nəfərin meyiti çıxarılıb.

Ümumilikdə 2023-cü ilin oktyabrından bəri davam edən hücumlarda yaralıların sayı 173 368 nəfərə çatıb.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə meyitin olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az